...

Azərbaycanda yeni mobil ödəniş platforması yaradılır

Telekommunikasiya Materials 24 Noyabr 2014 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda yeni "Salut" mobil ödəniş platforması yaradılır. Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, ödəniş sistemi "elektron pul kisəsi" funksiyasını yerinə yetirəcək: "Onun köməyi ilə kommunal, mobil, stasionar rabitə, internet kabel TV və s. xidmətlərin onlayn ödənişini həyata keçirmək mümkün olacaq".

Mənbə qeyd edib ki, layihə Azərbaycan banklarının biri ilə reallaşdırılacaq: "Bank "MasterCard" beynəlxalq ödəniş sisteminin kart bazası əsasında "Salut" debit kartları buraxacaq. Hazırda layihənin təfərrüatları banklarla müzakirə olunur. "Elektron pul kisəsi" hesabını bankda və ödəniş terminallarının köməyi ilə doldurmaq mümkün olacaq".

Ödənişi "iOS" və "Android" əməliyyat sistemlərinin idarəçilyi altında işləyən mobil qurğuların köməyi ilə də aparmaq mümkün olacaq.

Layihənin reallaşdırılması gələn ilin mayında başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti