...

Azərbaycan aşağıorbitli peyklə bağlı xərclərini açıqladı

Telekommunikasiya Materials 2 Dekabr 2014 15:45 (UTC +04:00)
Azərbaycanın "AzerSky" peyk proqramı (Azərbaycanın aşağıorbitli peyki) üzrə xərcləri 150 milyon avro təşkil edib.

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın "AzerSky" peyk proqramı (Azərbaycanın aşağıorbitli peyki) üzrə xərcləri 150 milyon avro təşkil edib. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Bu gün "Azərkosmos" ASC və Fransanın "Airbus Defence and Space" şirkəti SPOT-7 (AzerSky) aşağıorbitli peykin idarəçiliyinin təhvil verilməsi barədə sənəd imzalayıblar.

Nazirin sözlərinə görə, ümumi investisiya həcminin 85 faizi COFAS maliyyə təşkilatından əldə olunub, Fransa şirkəti də SPOT-6 analoji peykinin buraxılışına təqribən bir bu qədər investisiya yatırıb.

Ə.Abbasov qeyd edib ki, Azərbaycanın peyk operatorunun gələn il üçün "AzerSky" peyki üzrə 14 milyon avro məbləğində müqavilələri var: "Peyk çox rentabellidir və ölkənin təhlükəsizliyi üçün çox səmərəli istifadə olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti