Azərbaycan, Bakı, 3 dekabr /Trend/
Azərbaycanda analoq TV yayımı 2015-ci ilin fevralın sonunadək dayandırılacaq.
Trend xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov "BakuTel-2014" telekommunikasiya sərgisi çərçivəsində keçirilən "e-Gov3.0" konfransında deyib.
Onun sözlərinə görə, təyin edilmiş müddətdən sonra kontentin yayımı istisnasız olaraq rəqəmli standartda həyata keçiriləcək.