...

"Azərkosmos" kapitalını 60 faizədək artırır

Telekommunikasiya Materials 4 Dekabr 2014 20:21 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Azərkosmos" ASC-nin 23,6 milyon manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Azərkosmos" kapitalını 60 faizədək artırır

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Azərkosmos" ASC-nin 23,6 milyon manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in QKDK-ya istinadən verdiyi məlumata görə, emissiyaya hər birinin nominal dəyəri 20 manat olan 1 180 530 ədəd səhm daxildir.

Emissiyanın yerləşdirilməsi nəticəsində ASC-nin nizamnamə kapitalı 40 milyon manatdan 63,6 milyon manatadək artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti