...

"İntel" rəhbərliyi Azərbaycanın aparıcı İT şirkətində olub (FOTO)

Telekommunikasiya Materials 16 Dekabr 2014 17:59 (UTC +04:00)
15 ilə yaxın tarixə malik ULTRA və “İntel” şirkətlərinin müvəffəqiyyətli əməkdaşlığı yeni bir müstəviyə qədəm qoyub.
"İntel" rəhbərliyi Azərbaycanın aparıcı İT şirkətində olub (FOTO)

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

15 ilə yaxın tarixə malik ULTRA və "İntel" şirkətlərinin müvəffəqiyyətli əməkdaşlığı yeni bir müstəviyə qədəm qoyub. Azərbaycana səfəri zamanı rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə "Ultra Technologies" şirkətinin yeni ofisini ziyarət edən "İntel" şirkətinin "World Ahead Program" üzrə vitse-prezidenti Con E.Deyvis yeni layihələr və perspektivlərlə bağlı şirkət rəhbərliyi ilə ikitərəfli görüş keçirib.

Şirkətlərin birgə fəaliyyətini yüksək qiymətləndirən C.Deyvis "İntel" şirkətinin yeni məhsulları və həlləri haqqında ətraflı məlumat verərək, gələcəkdə Azərbaycanla birgə yeni perspektiv layihələrin reallaşdırılmasının mümkünlüyünü qeyd edib.

Görüş zamanı ULTRA şirkətinin direktoru Zaur Məmmədzadə 1999-2014-cü illərdə görülmüş işlərin xülasəsindən ibarət təqdimatla çıxış edib. Direktor 1999-2014-cü illərdə birgə həyata keçirilmiş uğurlu layihələrdən söz açıb və onların içərisində Cənubi Qafqazda ilk wi-fi zonasının yaradılması, Azərbaycanın bir sıra universitetlərində "University Campus" proqram günlərinin keçirilməsi, ölkəmizin bir sıra orta məktəblərində müasir "İntel" platformalı noutbuklarin verilməsini xüsusi vurğulayıb. Eyni zamanda, şirkət rəhbəri "Sigma", "Sonoma", "Napa" texnologiyaları ilə təhciz edilmiş Nexus(R) markalı noutbukların istehsal edildiyini, 2008-2014-cü illərdə orta məktəblərdə "One On One Education", "Teach For The Future" kimi yeni İT konsepsiyaların reallaşdırılıldığını və "İntel" platformalı müasir avadanlıqların tətbiq edildiyini qonağın diqqətinə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti