...

"Bakcell" Naxçıvanda yeni Müştəri Xidmətləri Mərkəzi və diler mağazası açdı (FOTO)

Telekommunikasiya Materials 18 Dekabr 2014 17:52 (UTC +04:00)
"Bakcell" şirkəti öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək məqsədilə regionlarda satış və xidmət mərkəzlərinin şəbəkəsini genişləndirməyə davam edir.
"Bakcell" Naxçıvanda yeni Müştəri Xidmətləri Mərkəzi və diler mağazası açdı (FOTO)

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək məqsədilə regionlarda satış və xidmət mərkəzlərinin şəbəkəsini genişləndirməyə davam edir. Ötən gün Naxçıvan Muxtar Respublikasında Bakcell-in yeni Müştəri Xidmətləri Mərkəzi və diler mağazasının açılışı olub.

Açılış mərasimində Naxçıvan MR rabitə və yüksək texnologiyalar nazirinin müavini Əli Mikayılov da iştirak edib. Bakcell-i təbrik edən Ə.Mikayılov şirkətin Naxçıvan ərazisində fəaliyyətini genişləndirməsindən məmnun olduğunu deyib.

Bakcell-in baş satış direktoru Fedja Hadzic bildirib: "Bizim Azərbaycanın müxtəlif regionlarında xidmət və məhsullarımızı abunəçilərimiz üçün daha əlçatan etmək məqsədilə regional inkişaf strategiyamız var. Bu regionların içərisində Naxçıvan xüsusi yer tutur. Xüsusən, son altı ay ərzində burada fəaliyyətimizi genişləndirmək üçün bir çox işlər görmüşük. Bu işlərin ilkin nəticələri artıq ortadadır: bu gün Naxçıvan şəhərində həm yeni xidmət mərkəzinin, həm də diler mağazasının açılışını edirik. Bundan əlavə, Muxtar Respublikanın ərazisində ilk dəfə olaraq səyyar satış avtomobili fəaliyyətə başlayır. Biz bu regionun inkişaf etdiyini görürük və "Bakcell" şirkəti də bu inkişafın bir hissəsi olmaqdan məmnundur. Mən bizə göstərilən xüsusi diqqətə görə Naxçıvandakı bütün əlaqədar təşkilatlara təşəkkürümü bildirirəm".

Bakcell-in Satış və Müştəri Xidmətləri Mərkəzi Naxçıvan şəhəri, Təbriz küçəsi, 1 ünvanında abunəçilərinə tam çeşiddə xidmətlər təqdim edir.

Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 37 ünvanında yerləşən diler mağazasının açılışında qonaqlara müxtəlif hədiyyələr təqdim olunub.

Açılış mərasimi zamanı qonaqlara, həmçinin Naxçıvanda ilk dəfə olaraq "Bakcell" səyyar satış və xidmət nöqtəsi təqdim olunub. Mərkəz xüsusi avtomobil üzərində qurulub və Muxtar Respublikanın bütün ərazisində "Bakcell" abunəçilərinə xidmət göstərəcək. Buradan
pulsuz DoğmaCIN tarifli nömrələr əldə edən abunəçilərə kampaniya çərçivəsində 6 ay ərzində hər ay 30 dəqiqə bonus təqdim olunur.

Qeyd edək ki, DoğmaCIN tarifindən faydalanan abunəçilər şəbəkədaxili bir dəqiqə üçün cəmi 2 qəpik, şəbəkəxarici bir dəqiqə üçün isə 4 qəpik ödəyirlər.

Bundan başqa, Naxçıvan üçün nəzərdə tutulan kampaniyanın şərtlərinə uyğun olaraq, cəmi 18 AZN ödəməklə 3 aylıq Sür@ internet paketi və Sür@ data-kartı pulsuz əldə etmək olar.

Bakcell "Daha yaxın olaq" fəlsəfəsinə sadiq qalaraq öz məhsul və xidmətlərini abunəçilərinə daha yaxın və əlçatan etmək məqsədilə daim satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti