...

Bakcell "Rəqəmsal kənd" layihəsinə dəstək verir

Telekommunikasiya Materials 16 Yanvar 2015 17:56 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası ilə birlikdə “Rəqəmsal kənd” layihəsinin icrasına başlayıb.
Bakcell "Rəqəmsal kənd" layihəsinə dəstək verir

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti "SOS Uşaq Kəndləri Azərbaycan" Assosiasiyası ilə birlikdə "Rəqəmsal kənd" layihəsinin icrasına başlayıb.

Şirkətdən Trend-ə verilən məlumata əsasən, layihənin məqsədi "SOS Uşaq Kəndləri Azərbaycan" Assosiasiyasının himayəsində yaşayan uşaqların müasir informasiya-kommunikasiya texnologiyalarından və İnternet resurslarından istifadəsinə şərait yaratmaqdır. Layihə uşaqların İnternet məkanından resurs kimi istifadə edərək lazımi məlumatlara çıxışını təmin edəcək, həmçinin onlara ev tapşırıqlarını yerinə yetirmək və əlavə biliklər əldə etməkdə dəstək olacaq.

Bu məqsədlə Bakcell şirkəti Bakı və Gəncə şəhərində yerləşən SOS kəndlərində uşaqların yaşadığı bütün evləri ən yeni kompüter avadanlığı ilə təchiz edib. Hər iki uşaq kəndində Wi-Fi infrastukturu qurulub. Bununla yanaşı, uşaqların İnternetə təhlükəsiz çıxışını təmin etmək məqsədilə məzmunun filtirlənməsi həyata keçirilib.

"Rəqəmsal Kənd" layihəsi "SOS Uşaq Kəndləri"nin fəaliyyət göstərdiyi bütün ölkələrdə həyata keçirilir.

Qeyd edək ki, "SOS"la Bakcell şirkəti arasında əməkdaşlıq 2009-cu ildən başlayıb. "Bakcell Stars" Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində indiyə kimi 4 birgə layihə həyata keçirilib.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

"Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti