...

Azərbaycan şirkətinin Qırğızıstanda növbəti uğurlu layihəsi

Telekommunikasiya Materials 26 Yanvar 2015 16:40 (UTC +04:00)
Azərbaycanın elektron hökumət texnologiyaları istiqamətində ixtisaslaşan "SINAM" şirkəti Qırğızıstanda Dünya Bankı tərəfindən maliyyələşdirilən və Qırğızıstan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Hidrometeorologiya Agentliyi tərəfindən həyata keçirilən "QırğızHidroMet"-in arxivinin uzunmüddətli saxlanma üçün elektron daşıyıcılara keçirilməsi və elektron daşıyıcılarda hidrometeoroloji (HM) məlumatlar fondunun yaradılması" üzrə layihəni başa vurmuşdur.
Azərbaycan şirkətinin Qırğızıstanda növbəti uğurlu layihəsi

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Azərbaycanın elektron hökumət texnologiyaları istiqamətində ixtisaslaşan "SİNAM" şirkəti Qırğızıstanda Dünya Bankı tərəfindən maliyyələşdirilən və Qırğızıstan Fövqəladə Hallar Nazirliyi yanında Hidrometeorologiya Agentliyi tərəfindən həyata keçirilən "QırğızHidroMet"in arxivinin uzunmüddətli saxlanma üçün elektron daşıyıcılara keçirilməsi və elektron daşıyıcılarda hidrometeoroloji (HM) məlumatlar fondunun yaradılması" üzrə layihəni başa vurub.

Trend "SİNAM" şirkətinə istinadən xəbər verir ki, görülən işlər Dünya Bankının "Mərkəzi Asiyada hidrometeoroloji xidmətlərin modernləşdirilməsi" regional layihəsi çərçivəsində həyata keçirilib.

2014-cü ilin mart ayında başlayan layihə çərçivəsində sənədlərin saxlanması üçün zəruri infrastruktur yaradılıb, arxivin uzunmüddətli saxlanma üçün elektron daşıyıcılara keçirilməsi və elektron daşıyıcılarda HM məlumatlar fondunun yaradılması üçün müvafiq avadanlıqlar və proqram təminatları təchiz olunub, lokal kompüter şəbəkəsi yaradılıb və işçilər üçün avtomatlaşdırılmış iş yerləri hazırlanıb.

Layihə çərçivəsində 880 min səhifədən artıq hidrometeorologiya sənədlərinin elektron surətləri yaradılıb, bu surətlərin sənədlər haqqında müvafiq məlumatlarla birlikdə elektron arxiv bazasına daxil edilməsini, arxiv bazasında yadda saxlanmasını və sənədlərin rekvizitləri üzrə onların axtarılması və s. imkanları təmin edən proqram təminatı hazırlanıb və tətbiq olunub, nəticədə agentliyin hidrometroloji məlumatlar üzrə elektron arxivi yaradılıb.

Bundan əlavə, SİNAM şirkəti tərəfindən müqavilə şərtlərinə uyğun olaraq agentliyin müvafiq işçilərinin həm arxiv proqramından, həm də bir sıra digər ixtisaslaşdırılmış proqram təminatlarından istifadə üçün hazırlanması proqramları həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti