...

"Bakcell" uşaqların fiziki-psixoloji sağlamlığının qorunmasını dəstəkləyir

Telekommunikasiya Materials 29 Yanvar 2015 18:08 (UTC +04:00)
"Bakcell" şirkəti Azərbaycan Təhsil Nazirliyi və "British Council Azerbaijan" ilə birgə "TOPs Proqramı – Sağirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi" model layihəsinə dəstək verir.
"Bakcell" uşaqların fiziki-psixoloji sağlamlığının qorunmasını dəstəkləyir

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Azərbaycan Təhsil Nazirliyi və "British Council Azerbaijan" ilə birgə "TOPs Proqramı - Sağirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi" model layihəsinə dəstək verir.

Şirkərtdən Trend-ə verilən məlumata əsasən, "İnkişaf Naminə İdman" İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin məqsədi hədəf Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən, 3 ümumtəhsil məktəbində fiziki tərbiyə fənnini tədris edən müəllimləri bu fənn üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir.

Bu metodun tətbiqieyni zamanda, təhsil müəssisələrində təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılmasına, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına xidmət edir.

Layihənin ilkin model fazası 2015-ci ilin 31 may tarixinədək davam edəcək və bu mərhələdə yalnız Bakı şəhərindəki orta ümumtəhsil məktəblərində həyata keçiriləcək.

Layihədən nəticəsində fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikası təkmilləşdiriləcək və ölkənin bütün ümumtəhsil məktəblərində tətbiq oluna biləcək fəal təlim metodu hazırlanacaq. Eyni zamanda, 3000 nəfərdən artlıq uşaq və valideynin sağlam qida, fəal həyat tərzi, idmanın sosial bacarıqların inkişafında roluna dair məlumatlılığı artacaq.

"Bakcell Starts" Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə Bakcell şirkəti uşaqlar üçün yeni imkanlar yaradan bir sıra layihələrə dəstək verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti