...

Bakcell-dən "ASAN imza" xidmətinə qoşulan abunəçilərinə ALOV (FOTO)

Telekommunikasiya Materials 6 Fevral 2015 18:45 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti “ASAN imza” mobil elektron xidmətinə qoşulan şanslı abunəçilərinə ALOV smartfonu hədiyyə edib.
Bakcell-dən "ASAN imza" xidmətinə qoşulan abunəçilərinə ALOV (FOTO)

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti "ASAN imza" mobil elektron xidmətinə qoşulan şanslı abunəçilərinə ALOV smartfonu hədiyyə edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, Bakcell-in dekabr ayının əvvəlində öz rəsmi "Facebook" səhifəsində elan etdiyi kampaniyanın şərtlərinə görə, ötən ilin son ayı ərzində "ASAN imza" xidmətinə qoşulan hər yüzüncü abunəçi qalib hesab olunurdu.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və mobil imza xidmətləri operatoru "B.EST Solutions" şirkəti ilə birlikdə həyata keçirilən "ASAN imza" mobil imza xidməti elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyin təsdiqləməsi üçün mobil identifikasiyadır.

Xidmət abunəçinin mövcud nömrəsində və ya yeni SİM kartda aktivləşdirilə bilər. Mövcud nömrədə "ASAN imza" xidmətini aktivləşdirmək üçün abunəçi SİM kartın dublikatını almalıdır. Xidmətdən yararlanmaq istəyən abunəçi Bakcell-in müştəri xidmətləri mərkəzlərinə müraciət edərək yeni SİM kart əldə edə bilər.

"ASAN imza" kartlarını Bakı şəhərində və bölgələrdə yerləşən bütün müştəri xidməti mərkəzlərindən, həmçinin 1 saylı "ASAN xidmət" mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti