...

Azərbaycanlı developerlər Bakcell-in "Applab" proqramına qoşulublar

Telekommunikasiya Materials 24 Fevral 2015 16:18 (UTC +04:00)
"Bakcell" şirkətinin "Applab" ofisində artıq bir neçə komanda öz ideyası üzərində işləməyə başlayıb.
Azərbaycanlı developerlər Bakcell-in "Applab" proqramına qoşulublar

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin "Applab" ofisində artıq bir neçə komanda öz ideyası üzərində işləməyə başlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, 4 ay bundan öncə fəaliyyətə başlayan layihədə iştirak üçün daxil olan 70-dən artıq müraciətdən 8-i layihənin seçim komitəsi tərəfindən təsdiq olunub və seçilmiş komandalar artıq "Applab" ofisində layihələrinin icrasında başlayıblar. "Bakcell" və "Qualcomm" şirkətlərinin təşkil etdiyi xüsusi ekspert qrupu gənc developerlərdən ibarət komandalara geniş çeşidli yerli bazar tələblərinə cavab verən yeni mobil proqramların pilot variantını tərtib etmək və həyata keçirməkdə dəstək göstərəcəklər.

Qeyd edək ki, "Applab" layihəsi çərçivəsində gənc developerlərə Bakcell-in Sahil ofisində yerləşən; internetə pulsuz giriş, masa və təlim otağı ilə təchiz edilmiş yeni "Applab" ofisinidə çalışmaq və məhsulları sınaqdan keçirmək üçün ən müasir cihazlardan istifadə etmək imkanı təqdim olunur. Bununla yanaşı, "Applab" üzvləri proqramçı və startaplar üçün nəzərdə tutulmuş "Microsoft" proqram təminatı, bulud mühiti, texniki və biznes sahəsində müxtəlif təlimlərdən pulsuz qaydada faydalanırlar. Layihə iştirakçıları müxtəlif investorlar və məsləhətçilərə çıxış əldə etməkdən əlavə yaratdıqları proqramların beynəlxalq bazara çıxarılması və geniş marketinq imkanlarından yararlana biləcəklər.

Azərbaycanlı developerlər üçün "Applab" proqramına qoşulmaq çox asandır. Bunun üçün http://www.bakcell.com/az/join-applab səhifəsinə daxil olub sadə formu bitirmək lazımdır. "Bakcell" və "Qualcomm" şirkətlərinin nümayəndələri, eləcə də müstəqil ekspertlərdən ibarət seçim komitəsi hər bir müraciəti diqqətlə nəzərdən keçirərək ən maraqlı ideyaları təqdim edən müraciətçiləri ofisə dəvət edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti