...

Azərbaycanda daxili internet şəbəkənin yaradılması planlaşdırılır

Telekommunikasiya Materials 26 Fevral 2015 15:50 (UTC +04:00)
İlk vaxtlar internet provayderləri arasında 1 Gb saniyə sürətli kanalın yaradılması nəzərdə tutulur. Trafikin həcmi artdıqca kanalın sürətinin artacağı da istisna deyil.
Azərbaycanda daxili internet şəbəkənin yaradılması planlaşdırılır

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Azdatakom" şəbəkəsinin texniki resurslarını hazırda ölkəmizdə fəaliyyət göstərən 30-dan çox internet provayderə təqdim edərək daxili internet şəbəkəsi yaratmağı təklif edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, daxili internet şəbəkənin yaradılması qlobal internet şəbəkəsindən maksimum səmərəli istifadəni tənzimləmək, bununla internet provayderlərin beynəlxalq kanallarının 35-40 faizə qədər əlavə yüklənməsinin qarşısını almaq, yerli internet resurslardan istifadə zamanı sürəti tənzimləyərək gecikmələri minimuma endirmək, eləcə də daxili internet resurslarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

İlk vaxtlar internet provayderləri arasında 1 Gb saniyə sürətli kanalın yaradılması nəzərdə tutulur. Trafikin həcmi artdıqca kanalın sürətinin artacağı da istisna deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti