...

Azərbaycanda məktəblilər üçün yeni kompüterlər istehsal ediləcək

Telekommunikasiya Materials 1 Mart 2015 13:00 (UTC +04:00)
Azərbaycanda ilin sonunadək məktəblilər üçün portativ kompüterlərin (Classmate PC) istehsalı gözlənilir.
Azərbaycanda məktəblilər üçün yeni kompüterlər istehsal ediləcək

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir Hüsehn Vəliyev/

Azərbaycanda ilin sonunadək məktəblilər üçün portativ kompüterlərin (Classmate PC) istehsalı gözlənilir. Bunu Trend-ə ölkənin İT bazarındakı mənbə deyib.

Kompüterlərin istehsalı "İntel" şirkəti ilə birgə lokal istehsalçılar tərəfindən həyata keçiriləcək.

"İntel" korporasiyasının vitse-prezidenti Con Devis daha əvvəl bildirmişdi ki, mövcud praktika hazırda 7 ölkədə reallaşdırılır: "Həmin ölkələrdə ümumi auditoriyası uşaqlar olan kompüterlərin istehsalı üzrə zavodlar fəaliyyət göstərir. Belə istehsal müəssisələri hazırda Argentina, Portuqaliya və Afrikanın bir sıra ölkələrində var. Belə zavodun Bakıda da fəaliyyət göstərəcəyi istisna edilmir".

2014-cü ilin sonunda Azərbaycanda "Məktəb kompüteri" layihəsinə start verilib. Layihə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə reallaşdırılır. Layihənin məqsədi "rəqəmsal bərabərsizliy"in ləğv edilməsi və məktəblərdə təhsilin keyfiyyətinin artırılması üçün tədris prosesində informasiya texnologiyalarından geniş istifadəyə yardım etməkdir.

"Məktəb layihəsi" "Xalq kompüteri" layihəsinin davamıdır. Fərqləndirici xüsusiyyət ondan ibarətdir ki, portativ kompüterlər ölkənin təhsil müəssisələrində geniş şagird qrupu üçün getdikcə əlçatan olur. "Məktəb kompüteri" layihəsi çərçivəsində təklif edilən kompüterlər 12 ay müddətinədək faizsiz kredit şərtləri ilə reallaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti