...

"Elektron hökumət" portalında elektron xidmətlərin sayı 410-a çatıb

Telekommunikasiya Materials 5 Mart 2015 15:42 (UTC +04:00)
“Elektron hökumət” portalında istifadədə olan elektron xidmətlərin sayı 410-a çatıb.
"Elektron hökumət" portalında elektron xidmətlərin sayı 410-a çatıb

Azərbaycan, Bakı, 5 mart /Trend/

"Elektron hökumət" portalında müxtəlif dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərin sayı sürətlə artır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, portal üzərindən göstərilən e-xidmətlərin sayı 410-a çatıb.

Hazırda Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi 452 e-xidmətdən 322-si portala inteqrasiya olunub.

Ümumilikdə dövlət saytlarında yerləşdirilən elektron xidmətlərin sayı 481 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti