...

"Bakcell" əməkdaşları Dünya Mobil Konqresində iştirak ediblər

Telekommunikasiya Materials 6 Mart 2015 16:20 (UTC +04:00)
"Bakcell" şirkətinin əməkdaşları 2-5 mart tarixlərinində İspaniyanın Barselona şəhərində keçirilən Dünya Mobil Konqresində (Mobile World Congress) iştirak edərək bir çox maraqlı müzakirələrə qatılıb və görüşlər keçiriblər.
"Bakcell" əməkdaşları Dünya Mobil Konqresində iştirak ediblər

Azərbaycan, Bakı, 6 mart /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin əməkdaşları 2-5 mart tarixlərinində İspaniyanın Barselona şəhərində keçirilən Dünya Mobil Konqresində (Mobile World Congress) iştirak edərək bir çox maraqlı müzakirələrə qatılıb və görüşlər keçiriblər.

Dünya telekommunikasiya bazarının ən nəhəng iştirakçılarının təmsil olunduğu bu nüfuzlu beynəlxalq tədbirdə ən son mobil texnologiylar nümayiş etdirilir, telekommunikasiya sahəsindəki innovasiyalar, gələcək planlar müzakirə olunur: http://goo.gl/1NJhB2

"Bakcell"in baş icraçı direktoru Riçard Şirer bildirib: "Bakcell şirkəti hər il müxtəlif ölkələrdə təşkil olunan yüksək səviyyəli telekommunikasiya tədbirlərində iştirak edir. Barselonada keçirilən bu tədbir dünya mobil rabitə bazarı iştirakçıları üçün çox əhəmiyyətlidir. Hər il olduğu kimi çox maraqlı və məşğul bir həfə keçdi. Yeni texnologiyalar, yeni mobil cihazlar, bizim yaxın vaxtlarda kommersiya istifadəsinə verməyə hazırlaşdığımız 4G, ondan sonrakı mərhələ olan 5G. Bir sözlə, yeni bir çox şeylər. Telekommunikasiya sənayesi üçün çox maraqlı bir həftə idi". goo.gl/XDr7WA

Konqres çərçivəsində keçirilən "İnnovasiyaların Operatorlara Satılması" ("Selling Innovations to Operators") sessiyasında "Bakcell"in Korportaiv Strategiya departamentinin rəhbəri Mark Zırka da iştirak edib. Burada startap üçün ən yaxşı strategiyalar, innovasiyalar, dünyadakı mobil operatorlar üçün strategiya və təchizat məsələləri, onlayn platformaların telekommunikasiya sənayesində yeri və s. məsələlər müzakirə olunub.

Mark Zirka "Bakcell"in Azərbaycanda startap mühitinin inkişafına dəstəyindən, eyni zamanda ölkədə yeni mobil applikasiyaların yaranmasını dəstəkləyən Applab layihəsi haqqında da danışıb: "Bu tədbir bizə dünyadakı müxtəlif startapların ehtiyaclarını daha yaxşı başa düşməyə imkan yaratdı. Biz eyni zamanda burada öz mesajlarımızı da çatdıra və "Bakcell"in startapların inkişafı üçün qitələrarası səviyyədə tanınan və dəstəklənən bir ekosistem təmin etdiyini göstərə bildik".

"Bakcell" şirkəti bu il ilk dəfə olaraq azərbaycanlı bloqerin Dünya Mobil Konqresində iştirakını təmin edib və Barselonada nümayiş olunan ən son yeniliklər, mobil cihazlar və keçirilən tədbirlər barədə video xəbərləri özünün rəsmi "Facebook" səhifəsində yerləşdirib. Beləliklə, mobil texnologiyalar sahəsindəki ən son yeniliklər qısa bir müddət ərzində Azərbaycandilli İnternet istifadəçilərinə təqdim olunub.

Siz də by yenilikdərən xəbər tutmaq istəyirsinizsə, Bakcell-in "Facebook" səhifəsini iziləyin: https://www.facebook.com/Bakcell

Məqalədə:
Xəbər lenti

Xəbər lenti