...

“Nar Mobile” "Be Brave” (“Cəsur ol") konfransına sponsorluq edib

Telekommunikasiya Materials 2 Aprel 2015 12:13 (UTC +04:00)
“Nar Mobile” "Be Brave” (“Cəsur ol") konfransının baş sponsoru olub
“Nar Mobile” "Be Brave” (“Cəsur ol") konfransına sponsorluq edib

Azərbaycan, Bakı, 2 aprel /Trend/

"Nar Mobile" şirkəti "AIESEC Azərbaycan" tərəfindən təşkil edilmiş
yubiley konfransının baş sponsoru olub.

Şirkət "Be Brave" ("Cəsur ol") adlı yubiley tədbirinə dəstək verib.

Şirkətdən Trend-ə verilən məlumata görə, martın 21-24-də keçirilən sayca 10-cu milli konfransın əsas məqsədi gənclərin diqqətini yeni layihə və mübadilə proqramlarına cəlb etmək idi. "AIESEC Azərbaycan" mütəmadi olaraq ildə iki dəfə milli konfrans təşkil etməklə, gənclər arasında dürüst liderlik xüsusiyyətlərini təbliğ edir, onları yay aylarında keçiriləcək beynəlxalq təcrübə proqramları haqqında məlumatlandırır və daxili məsələlərdə birliyin və möhkəmliyin nə dərəcədə önəmli olduğunu izah edir. Hər zaman təhsilə və gənclərin inkişafına xüsusi önəm vermiş "Nar Mobile" tərəfindən dəstəklənən layihənin bu dəfəki qonağı konfransa xüsusi maraq qatmaq məqsədilə dəvət olunmuş "AIESEC Çexiya" təşkilatının sədri və təlimçilər komandasının üzvü Miroslava Liskova oldu.

Qeyd edək ki, "AIESEC Azərbaycan" iyun-avqust aylarında beynəlxalq könüllü proqramları təşkil edəcək. Proqramlara qəbul günləri aprel ayının 10-dək davam edəcək. May ayının 29-da isə üzvlər, tərəfdaşlar və sponsorların iştirakı ilə "AIESEC Azərbaycan" illik hesabatını təqdim edəcək və "Qala" yekun tədbiri həyata keçiriləcək.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile", 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile" daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile" Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti