...

Azərbaycanın mobil operatoru SMS-spamların göndərilməsini məhdudlaşdıracaq

Telekommunikasiya Materials 3 Aprel 2015 16:38 (UTC +04:00)
"Bakcell" şirkəti yaxın günlərdə kütləvi SMS-lərin idarə olunması üçün yeni platforma istifadəyə verəcək.
Azərbaycanın mobil operatoru SMS-spamların göndərilməsini məhdudlaşdıracaq

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

"Bakcell" şirkəti yaxın günlərdə kütləvi SMS-lərin idarə olunması üçün yeni platforma istifadəyə verəcək. Bu barədə Trend-ə şirkətdən bildirilib.

Qeyd olunub ki, Azərbaycanda ilk dəfə tətbiq edilən yeni xidmət sayəsində abunəçi özünün "ağ siyahı"sını formalaşdıracaq, həmin siyahıya SMS almaq istədiyi mağazanın, şirkətin, bankın və s. obyektlərin adını daxil edəcək və beləliklə, yalnız özünün arzuladığı reklam və informasiya xarakterli SMS-ləri alacaq.

Bunun üçün abunəçi xüsusi nömrəyə SMS göndərməli olacaq.

Xatırladaq ki, bundan əvvəl SMS-spamların göndərilməsi məsələsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən də qaldırılıb və nazirlik "Telekommunikasiyalar haqqında" qanuna dəyişikliklər edilməsini təklif edib. Dəyişikliklər, əsasən, mobil rabitə istifadəçilərinin kütləvi mesajlardan şikayət etməsi və istifadəçi hüquqlarının pozulması ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti