...

"Kasperski Laboratoriyası" Azərbaycana yeni nümayəndə təyin edib

Telekommunikasiya Materials 21 Aprel 2015 19:03 (UTC +04:00)
"Kasperski Laboratoriyası" Azərbaycanda yeni təmsilçisini təyin edib.
"Kasperski Laboratoriyası" Azərbaycana yeni nümayəndə təyin edib

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

"Kasperski Laboratoriyası" Azərbaycanda yeni təmsilçisini təyin edib.

Trend-in məlumatına görə, bu barədə şirkətin yaydığı açıqlamada deyilir ki, "Kaspersky Lab"ın Azərbaycandakı təmsilçisi vəzifəsini bundan sonra Müşfiq Məmmədov tutacaq. Onun işi, əsasən, şirkətin bölgədəki biznesinin inkişafı üzrə strategiyanın hazırlanması və reallaşdırılması, habelə korporativ və istifadəçi xarakterli müdafiə məsələlərinin yürüdülməsi olacaq.

Nümayəndə sifarişçi və tərəfdarlarla qarşılıqlı əməkdaşlıq edəcək.

Qeyd olunub ki, nümayəndəliyin fəaliyyətində əsas diqqət korporativ müştərilər və dövlət qurumları ilə işlərə, son zamanlar aktuallaşan kibertəhlükəsizik məsələlərinə yönəldiləcək.

M.Məmmədov bundan əvvəl "Azercell Telecom" şirkətinin diler şəbəkələrində satış və servis dəstəyi üzrə rəhbər vəzifədə çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti