...

"Bank BTB"nin kreditlərini onlayn ödəmək mümkün oldu

Telekommunikasiya Materials 30 Aprel 2015 13:47 (UTC +04:00)
"Bank BTB" "AzeriCard" prosessinq mərkəzi ilə birgə onlayn ödəniş səhifəsini istifadəyə verib.
"Bank BTB"nin kreditlərini onlayn ödəmək mümkün oldu

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

"Bank BTB" "AzeriCard" prosessinq mərkəzi ilə birgə onlayn ödəniş səhifəsini istifadəyə verib.

Trend-in "AzeriCard"a istinadən verdiyi məlumata əsasən, bu, banka getmədən, 24 saat real vaxt rejimində bank əməliyyatlarını asan, operativ və etibarlı olaraq həyata keçirmək imkanı yaradır. Səhifəyə "Kredit ödənişləri", "Əmanət vəsaitlərinin artırılması", "Plastik Kart balansına vəsaitlərin mədaxili" əməliyyatları daxildir.

Хidmətdən istifadə qaydası olduqca rahat və sadədir. Rəsmi saytın onlayn xidmətlər bölümündə - onlayn ödəniş səhifəsinə daxil olmaq lazımdır. Yeni açılan səhifədə məlumatların eyniləşdirilməsi üçün müştəri kodu və doğum tarixini dolduraraq, bank əməliyyatlarını yerinə yetirmək mümkündür.

Müştərinin krediti olduğu halda yatırılan məbləğ avtomatik qaydada kredit qrafikinə uyğun çıxılacaq. Yatırılan vəsaitin ödəniş qrafikində nəzərdə tutulmuş məbləğdən artıq olarsa, qalıq məbləğ əsas borcdan çıxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti