...

Azərbaycanın mobil operatoru LTE-rouminqi işə salıb

Telekommunikasiya Materials 13 May 2015 01:47 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru - "Bakcell" şirkəti LTE-rouminq xidmətlərini dünyanın 11 ölkəsində işə salıb.
Azərbaycanın mobil operatoru LTE-rouminqi işə salıb

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru - "Bakcell" şirkəti LTE-rouminq xidmətlərini dünyanın 11 ölkəsində işə salıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, LTE-rouminq xidmətləri Belçikanın " Belgacom Proximus" operatoru şəbəkəsində, MTS şirkətində (Rusiya), "Vodafone Panafon" (Yunanıstan) və " Vodafone" operatorunda (Böyük Britaniya, Çexiya, İrlandiya, İtaliya, Portuqaliya, Rumıniya, İspaniya və Niderland) mümkün olacaq.

Şirkətdən qeyd ediblər ki, "Bakcell"-in rouminq-partnyorlarının sayı artacaq.

Göstərilən mobil rabitə operatorlarının şəbəkələrində internet-trafikin bir meqabaytının qiyməti 1,19 manat təşkil edir.

Hazırda şirkət LTE Advanced texnologiyasının tətbiqi ilə bağlı işlər aparır, bu da LTE standartı ilə mümkün olan sürət (saniyədə 150 meqabit) ilə müqayisədə məlumatların ötürülmə sürətini (saniyədə 300 meqabitə qədər) əhəmiyyətli dərəcədə artırmağa yardım edəcək.

Hazırda şirkətin LTE şəbəkəsi Bakı şəhərini əhatə edir. Şəbəkənin Abşeron yarımadasına kimi genişləndirilməsi 2016-cı ilin ortalarına nəzərdə tutulur, 2017-ci ildə isə LTE şəbəkəsi ilə Azərbaycanın digər rayonları da əhatə olunacaq.

"Bakcell"-in LTE şirkəti 1800 meqahers tezlikdə işləyir. Əhatə dairəsini paytaxt sərhədlərindən xaricə genişlətmək üçün şirkət 700 meqahers tezlik diapozununu istifadə etmək niyyətindədir.

LTE standartı 4G texnologiyasının bazasını təşkil edir. 4G ailəsinə mobil şəbəkələrdə saniyədə 100 meqabitdən yuxarı sürət ilə məlumat ötürməyə imkan verən texnologiyalar daxildir ki, bu da 3G şəbəkələri ilə müqayisədə 10 dəfə çoxdur.

Tvitter: @h_veliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti