...

Türkiyə şirkəti Azərbaycanda IT-mühəndislik üzrə akademiya açacaq

Telekommunikasiya Materials 19 May 2015 09:47 (UTC +04:00)
Türkiyənin “KoçSistem” şirkəti Azərbaycanda IT-mühəndislik üzrə akademiya açacaq (KoçSistem Academy).

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir Hüseyn Vəliyev/

Türkiyənin "KoçSistem" şirkəti Azərbaycanda IT-mühəndislik üzrə akademiya açacaq (KoçSistem Academy). Bu barədə Trend-ə şirkətin baş direktoru Mehmet Nalbantoğlu deyib.

Onun sözlərinə görə, "KoçSistem Academy" şirkətin Azərbaycan sərhədləri xaricində reallaşdırdığı layihələrdə iştirak etmək üçün yerli mühəndisləri cəlb edəcək: "Hazırda "KoçSistem" qlobal miqyasda 9 layihə reallaşdırır. Bu layihələrdə 25 ali təhsil ocağı və 100 özəl və dövlət müəssisəsi təmsil olunur. Biz akademiyanın qapılarını Azərbaycan təşkilatları və ali təhsil ocaqlarının da üzünə açmaq istəyirik. Bu onların dünyaya inteqrasiya etməsinə imkan yaradacaq".

M.Nalbantoğlu qeyd edib ki, əgər Azərbaycan layihələri şirkətin diqqətini cəlb edərsə, "KoçSistem" bu layihələrin inkişafına yardım etməyə hazırdır. Onun sözlərinə görə, layihələr Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən seçiləcək: "Azərbaycan bazarı ilə bağlı uzunmüddətli planlarımız var. Bazarın yaxın texnoloji dəyişikliklərə texnoloji hazırlığı təhlil ediləcək. Təhlilin nəticələri bazanın yaradılması üçün əsas olacaq. Azərbaycanda həyata keçirdiyimiz layihələr bazar iştirakçılarının artan məlumat həcminə, "örtük" texnologiyalara, mobil proqramlara və s. hazırlığın formalaşdırılmasına əsaslanıb.".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti