...

Azərbaycanın şimal-qərbində rəqəmsal TV paketindən istifadə etmək mümkün olacaq

Telekommunikasiya Materials 26 May 2015 02:36 (UTC +04:00)
"Teleradio" İstehsalat Birliyi (İB) Zaqatala rayonunda rəqəmsal TV-nin kommersiya paketini tətbiq etməyə hazırlaşır.
Azərbaycanın şimal-qərbində rəqəmsal TV paketindən istifadə etmək mümkün olacaq

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) Zaqatala rayonunda rəqəmsal TV-nin kommersiya paketini tətbiq etməyə hazırlaşır. Bunu Trend-ə İB-dən deyiblər.

Hazırda ötürücü qurğuların alınması və quraşdırılması ilə bağlı işlər aparılır. Rayon və ətraf yaşayış məntəqələrinin əhalisi müvafiq tezlik kanallarının əldə edilməsindən sonra kommersiya paketindən istifadə edə biləcək.

Hazırda rəqəmsal TV-nin kommersiya paketi Gəncə və Qubada əlçatandır. Bundan başqa, paket Lənkəran rayonunda test rejimində tətbiq edilib. Paketə 90 telekanal daxil edilib, aylıq abunə haqqı 6 manatdır.

İB-dən qeyd ediblər ki, hazırda respublikada rəqəmsal TV-nin əhatə dairəsinin genişləndirilməsi üzrə işlər görülür. İB bu məqsədlər üçün ilin əvvəlindən DVB-T standartlı 8 ötürücü qurğunu istismara verib.

Hazırda ölkə əhalisinin 99 faizi rəqəmsal siqnalla əhatə edilib və açıq paketə 12 telekanal daxildir.

Rəqəmsal kontentin yayımı MPEG-4 formatında həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti