...

Azərbaycanda e-xidmətlər üzrə vətəndaşlara dəstək xidməti işə düşüb

Telekommunikasiya Materials 27 May 2015 12:57 (UTC +04:00)
Azərbaycan Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” (e-gov.az) portalında “onlayn məsləhətlər” xidmətini işə salıb.
Azərbaycanda e-xidmətlər üzrə vətəndaşlara dəstək xidməti işə düşüb

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron hökumət" (e-gov.az) portalında "onlayn məsləhətlər" xidmətini işə salıb. Trend-in məlumatına əsasən, bu barədə MHM-in yaydığı xəbərdə deyilir.

Xidmət vətəndaşların e-xidmətlərə müraciət etdikləri zaman yaranan sual və problemlərlə bağlı məsləhət almağa imkan yaradacaq. Bundan başqa, "onlayn məsləhətlər" xidmətindən istifadə edən vətəndaşlar tələb və təkliflərini, şikayətlərini bildirə biləcəklər.

Yeni xidmətdən istifadə etmək üçün əlaqə məlumatlarını qeyd etmək və müvafiq bölməni seçmək lazımdır. Xidmətdən iş günləri 09:00-dan 18:00-a kimi istifadə etmək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti