...

"Bakcell"dən Ulduzum mobil aplikasiyası

Telekommunikasiya Materials 29 May 2015 16:32 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti Ulduzum sadiqlik proqramının üzvləri üçün xüsusi mobil aplikasiya təqdim edib.
"Bakcell"dən Ulduzum mobil aplikasiyası

Azərbaycan, Bakı, 29 may /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti Ulduzum sadiqlik proqramının üzvləri üçün xüsusi mobil aplikasiya təqdim edib. Bu pulsuz proqram sayəsində Bakcell abunəçiləri 120-dən çox Ulduzum partnyoru tərəfindən təqdim olunan müxtəlif endirim və güzəştlərdən daha asan yolla faydalana biləcəklər.

Ulduzum abunəçiləri mobil aplikasiyanı telefona yüklədikdən sonra yerləşdikləri əraziyə ən yaxın olan Ulduzum tərəfdaşı haqqında məlumat ala, Ulduzum endirim kodu əldə edə, gün ərzində istifadə edilməmiş imkanlar, xərclənən və endirimli məbləğ haqqında məlumat öyrənə, endirim təqdim edən tərəfdaşların siyahısına baxa və digər yeniliklər barədə ətraflı məlumatı əldə edə bilərlər.

Android əməliyyat sistemli mobil cihazlara Ulduzum aplikasiyasını https://goo.gl/pOci5l, IOS əməliyyat sistemlil cihazlara https://goo.gl/KZKuta linkindən yükləmək olar.

Abunəçilərinin sayı 1 milyondan artıq olan Ulduzum sadiqlik proqramının tərəfdaşları siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti