...

Azərbaycan dördüncü peyki buraxmağa hazırlaşır

Telekommunikasiya Materials 8 İyun 2015 08:00 (UTC +04:00)
"Azərkosmos" ASC Yerin məsafədən zondlaşdırılması üçün ikinci aşağıorbitli peyki əldə etməyi planlaşdırır.
Azərbaycan dördüncü peyki buraxmağa hazırlaşır

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

"Azərkosmos" ASC Yerin məsafədən zondlaşdırılması üçün ikinci aşağıorbitli peyki əldə etməyi planlaşdırır. Bunu Trend-ə ASC-dən deyiblər.

Hazırda ASC-nin ixtiyarında 1 stasionar (Azerspace-1) və 1 aşağı orbitli peyk (AzerSky) var. İkinci stasionar peykin buraxılması 2017-ci ilə planlaşdırılıb, bundan sonra orbitə ikinci aşağıorbitli peykin buraxılması nəzərdə tutulur. Ümumilikdə qarşıdakı illərdə Azərbaycan 4 peykə sahib olacaq.

Yerin məsafədən zondlaşdırılması üçün sayca ikinci peyk məsələn, fövqəladə hallar zamanı yerin fotoşəklinin çəkilməsi üçün kənd təsərrüfatında isə ekoloji problemlərin həlli və kartoqrafiya üçün istifadə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti