...

Azərbaycanın mobil operatoru SMS-spamın bloka alınması xidmətini işə salır

Telekommunikasiya Materials 7 İyun 2015 11:40 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC SMS-spamın bloka alınması servisini işə salır.

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC SMS-spamın bloka alınması servisini işə salır. Bunu Trend-ə şirkətdən deyiblər.

Gələn həftə tətbiq ediləcək xidmət abonetlərin mobil telefonlarına istənilən reklam və informasiya xarakterli SMS-lərin daxil olmasının tam qarşısını almasını nəzərdə tutur.

Şirkətdən qeyd ediblər ki, "Bakcell" abonentləri özləri "ağ siyahı" formalaşdıraraq ora göndərişlərin gəlməsini istədikləri şirkət və bankların adlarını əlavə edə bilərlər. Bu məqsədlə abonentlər operatorun müəyyənləşdirdiyi 4 rəqəmli nömrəyə şirkət və ya bankın adını göstərməklə SMS göndərməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti