...

Bakcell Ramazan ayında “Ulduzum” abunəçilərinə pulsuz zənglər təklif edir

Telekommunikasiya Materials 23 İyun 2015 14:33 (UTC +04:00)
Bakcell Ramazan ayı ərzində “Ulduzum” abunəçilərinə pulsuz zənglər təklif edir.
Bakcell Ramazan ayında “Ulduzum” abunəçilərinə pulsuz zənglər təklif edir

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Bakcell Ramazan ayı ərzində "Ulduzum" abunəçilərinə pulsuz zənglər təklif edir.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Ulduzum sadiqlik proqramının abunəçiləri üçün yeni Ramazan kampaniyasının başlandığını elan edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, Ulduzum proqramı çərçivəsində yeni Ramazan kampaniyası 18 iyundan başlayaraq 16 iyul 2015-ci il tarixinə kimi davam edəcək. Bakcell abunəçiləri bu kampaniyada iştirak edən restoranlardan birində öz yaxınları ilə birgə İftar açmaqla yanaşı Bakcell abunəçilərinə zəng etmək üçün pulsuz 10 dəqiqə əldə edəcəklər.

Ramazan kampaniyası çərçivəsində Bakcell şirkəti Bakı şəhərində Mado, Özsüt, PitStop, Tarihi Sultan Ahmed Köfteçisi, Villa Pizza, Pakdad restoranları, Gəncədə isə Agüloğlu, Başkent, Elegance restoranları ilə əməkdaşlıq edir.

Bakı və Gəncə şəhərində olan Ulduzum abunəçilərinə Ramazan kampaniyasına start verilməsi ilə bağlı kütləvi SMS-lər göndərilir.
Pulsuz dəqiqələri əldə etmək üçün Ulduzum abunəçiləri sadəcə olaraq 5555 SMS nömrəsinə "İFTAR" açar sözünü göndərməlidirlər. Mesaj göndəriləndən sonra abunəçiyə restoranların adları və onlar haqqında əlavə məlumat SMS vasitəsilə göndəriləcək.

Bu kampaniyanın məqsədi müştərilərin sadiqliyini artırmaq və Müqəddəs Ramazan Ayı çərçivəsində Ulduzum sadiqlik proqramının abunəçilərini mükafatlandırmaqdır.

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti