...

"Bakcell" 14 ölkədə 4G rominq xidmətini aktivləşdirib (CƏDVƏL)

Telekommunikasiya Materials 3 İyul 2015 18:59 (UTC +04:00)
"Bakcell" Azərbaycanda öz abunəçilərinə və ölkəyə gələn qonaqlara 4G rominq xidməti təklif edən ilk və yeganə mobil operatorudur.
"Bakcell" 14 ölkədə 4G rominq xidmətini aktivləşdirib (CƏDVƏL)

Azərbaycan, Bakı, 3 iyul /Trend/

"Bakcell" Azərbaycanda öz abunəçilərinə və ölkəyə gələn qonaqlara 4G rominq xidməti təklif edən ilk və yeganə mobil operatorudur.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti yüksək sürətli LTE mobil interneti təqdim etməsinin ardından qısa müddət ərzində dünyanın 14 ölkəsində 4G rominq xidmətini aktivləşdirib. 2015-ci ilin may ayında smartfonlara uyğunlaşdırılmış LTE xidmətini istifadəyə verən "Bakcell" şirkəti hazırda Azərbaycanda abunəçilərə 4G rominq xidmətlərini təqdim edən yeganə mobil operatordur.

Belə ki, "Bakcell" abunəçiləri ölkə xaricində olarkən yüksək sürətli 4G LTE xidmətlərindən yararlana biləcəklər. Bundan əlavə, 4G rominq xidmətindən istifadə üçün qiymətlər 3G xidmətində olduğu kimi qalacaq.

Bakcell 4G rominq xidmətinin mövcud olduğu ölkələrin və operatorların siyahısı:

N

Ölkə

Operator

1.

ABŞ

AT&T network

2.

Belçika

Belgacom Proximus

3.

Çexiya Respublikası

Vodafone

4.

Yunanıstan

Vodafone Panafon

5.

İrlandiya

Vodafone

6.

İtaliya

Vodafone

7.

Portuqaliya

Vodafone

8.

Rumınya

Vodafone

9.

Rusiya

MTS, Megafon

10.

Cənubi Afrika

Vodafone

11.

İspaniya

Vodafone

12.

Niderland

Vodafone

13.

Böyük Britaniya

Vodafone

14.

Cənubi Koreya

Korea KT Corporation

Eyni zamanda, "Bakcell" Azərbaycanda yeganə mobil operatordur ki, yuxarıda qeyd olunan ölkələrdən Azərbaycana səfər edənlərə 4G LTE rominq xidməti göstərir. Bu xidmət birinci Avropa Oyunlarının keçirildiyi müddət ərzində ölkəmizə səfər edənlər arasında xüsusilə populyar olub və çoxsaylı xarici qonaqlar "Bakcell" tərəfindən təqdim olunan 4G mobil interneti barədə məmnun olduqlarını bildiriblər. Birinci Avropa Oyunları zamanı Azərbaycana gələn turistlərin 1000 nəfərdən çoxu 150 Mbit/s çatan sürəti dəstəkləyən ən müasir LTE xidmətindən faydalanmaq üçün "Bakcell" şəbəkəsini seçiblər.

"Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib: "Bu gün Azərbaycan mobil operatorları arasında yalnız Bakcell abunəçiləri 4G rominq xidmətindən faydalana bilərlər və Azərbaycanda 4G xidmətindən faydalanmaq istəyən xarici operatorların abunəçiləri Bakcell şəbəkəsini seçə bilərlər. Hazırda bu xidmət Azərbaycandan kənarda istirahət edənlər və ya ezamiyyətdə olan korporativ abunəçilərimiz arazında sürətlə populyarlaşır. Bakıda 4G xidmətinin əhatə dairəsini genişləndirməklə yanaşı biz abunəçilərimizə LTE xidmətini təqdim edən ölkələrin sayını da artırırıq".

Hazırda "Bakcell" abunəçiləri ümumilikdə 168 ölkədə 417 mobil operatorun şəbəkəsində rominq xidmətindən istifadə edə bilirlər.

Xarici səfərdə olan abunəçilər "Bakcell" Rominq Applikasiyasından istifadə etməklə bütün tərəfdaş rominq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və cari rominq kampaniyaları haqqında bütün məlumatları əldə edə, eyni zamanda, "Bakcell"lə onlayn əlaqə yaradaq dəstək ala bilərlər. 4G rominq xidmətinin partnyorların siyahısı barədə məlumatı da "Bakcell" rominq applikasiyasından əldə oluna bilər.

"Bakcell" rominq applikasiyası haqqında daha ətraflı məlumat üçün: http://www.bakcell.com/az/bakcell-rouminq-app

Məqalədə:
Xəbər lenti

Xəbər lenti