...

Bakcell Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəxri fərmanı ilə təltif olunub

Telekommunikasiya Materials 7 İyul 2015 14:36 (UTC +04:00)
Bakcell şirkəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub.
Bakcell Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəxri fərmanı ilə təltif olunub

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Bakcell şirkəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub.

Şirkətdən Trend-ə verilən məlumata görə, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Birinci Avropa Oyunlarının telekommunikasiya xidmətlərinə verdiyi töhfəyə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub.

Bakcell tərəfindən Bakı Su İdmanı Mərkəzi, Bakı İdman Zalı, Tofiq Bəhramov adına Respublika Stationu, Heydər Əliyev adına İdman Arenası, Atletlər kəndi, Bakı Kristal Zalı, Fairmont Oteli və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı kimi yarış və qeyri-yarış məkanları binadixili avadanlıqlarla təchiz olunub.

Birinci Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində istifadəçilərə göstərilən xidmətin yüksək səviyyədə təşkil olunması məqsədilə Bakcell şirkəti əlavə olaraq 95 ədəd 2G/3G stansiyası və 20 ədəd 4G xidməti dəstəkləyən stansiya quraşdırıb. Yüksək şəbəkə keçiriciliyini təmin edən əlavə innovativ avadanlıqların quraşdırılması nəticəsində Bakcell şəbəkəsi daha da gücləndirilərək Avropa Oyunlarının keçirildiyi bütün məkanlarda çoxlu sayda abunəçilərin yüksək keyfiyyətli səs və internet xidmətləri ilə təmin edib.

Layihənin icra olunduğu müddət ərzində Bakcell şirkəti digər təchizatçı şirkətlərlə birlikdə Avropa Oyunları Komandasının bir hissəsi olmaqla yanaşı dövlət layihəsinin yüksək səviyyədə gerçəkləşdirilməsinə xidmət göstərib.

Avropa Oyunları zamanı Azərbaycana gələn turistlərin 1000 nəfərdən çoxu 150 Mbit/s çatan sürəti dəstəkləyən ən müasir LTE xidmətindən faydalanmaq üçün Bakcell şəbəkəsini seçiblər. Onu da qeyd etmək lazımdır ki, Bakcell şirkəti Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar arasında abunəçilərinə rouminqdə olarkən 4G xidmətini təqdim edən ilk və yeganə operatordur.

***
Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti