...

Onlayn ödənişlər zamanı "Bakcell"dən bonus dəqiqələr

Telekommunikasiya Materials 24 İyul 2015 19:07 (UTC +04:00)
"Bakcell" şirkəti elektron ödəmə üsullarından istifadə edən abunəçilərinə BONUS dəqiqələr qazanmaq şansı yaradıb.
Onlayn ödənişlər zamanı "Bakcell"dən bonus dəqiqələr

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti elektron ödəmə üsullarından istifadə edən abunəçilərinə BONUS dəqiqələr qazanmaq şansı yaradıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, iyulun 24-də başlayan kampaniya çərçivəsində "Bakcell" abunəçiləri onlayn ödəmə metodlarından istifadə edərək (MilliÖn və E-manat ödəmə nöqtələri, www.hesab.az daxil olmaqla bank kartları vasitəsilə onlayn ödəniş, bankomatlar və s.) balansı 5 AZN və daha çox məbləğdə artırdıqda, bu məbləğin 10%-i həcmində bonus qazanacaqlar.

Balansın ödəmə kartı vasitəsilə artırılması üçün bonus təqdim olunmur.

Abunəçilər http://www.bakcell.com/az/online-credit-card-payment səhifəsinə daxil olmaqla da balanslarını artıra və bonus ala bilərlər.

Əldə olunan bonuslar 7 gün müddətində şəbəkədaxili zəng, SMS və MMS-lər üçün istifadə oluna bilər. Bonusun maksimum miqdarı 2 AZN-dir.

Kampaniya 2 ay davam edəcək.

Kampaniya barədə məlumat əldə etmək üçün *555#YES kodunu yığmaq yetərlidir. Bu sorğu üçün balansdan heç bir məbləğ tutulmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti