...

Azərbaycanda startap-layihələrin inkişafına kreditin alınması üçün qeydiyyat sadələşdiriləcək

Telekommunikasiya Materials 30 İyul 2015 23:16 (UTC +04:00)
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu startap-layihələrin inkişafına kreditlərin alınması üçün müraciət formasını avtomatlaşdıracaq.
Azərbaycanda startap-layihələrin inkişafına kreditin alınması üçün qeydiyyat sadələşdiriləcək

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu startap-layihələrin inkişafına kreditlərin alınması üçün müraciət formasını avtomatlaşdıracaq. Bu barədə Trend-ə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan məlumat verilib.

Fond bu məqsədlə proqram təminatı almağı planlaşdırır.

"E-kredit" proqram təminatı fondun rəsmi resursuna (ictfund.gov.az) daxil ediləcək. "E-kredit" artıq fəaliyyət göstərən "E-Qrant" proqram təminatı prinsipi əsasında işləyəcək.

Xatırladaq ki, "E-Qrant" qrant maliyyələşməsi üçün startap-layihələrin qeydiyyat imkanını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti