...

Azərbaycan İpoteka Fondu auditor cəlb edib

Telekommunikasiya Materials 2 Avqust 2015 04:57 (UTC +04:00)
Azərbaycan İpoteka Fondu (AİF) informasiya texnologiyaları sistemlərinin auditinin həyata keçirilməsi üçün “Deloitte & Touche” şirkətini cəlb edib.
Azərbaycan İpoteka Fondu auditor cəlb edib

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir Azad Həsənli/

Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondu (AİF) informasiya texnologiyaları sistemlərinin auditinin həyata keçirilməsi üçün "Deloitte & Touche" şirkətini cəlb edib.

Bu barədə Trend AİF-in saytına istinadən məlumat verir.

Satınalma müqaviləsi iyulun 28-də imzalanıb.

"Deloitte & Touche" MMC konsaltinq və audit sahələrində xidmət göstərən beynəlxalq şirkətdir. "PricewaterhouseCoopers", "E&Y" və "KPMG" ilə yanaşı, dünyanın ən böyük audit şirkətlərinin dördlüyündə yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti