...

"Yüksək Texnologiyalar Parkı"nın təməli nə vaxt qoyulacaq?

Telekommunikasiya Materials 3 Avqust 2015 22:04 (UTC +04:00)
"Yüksək Texnologiyalar Parkı" MMC-nin (YTP) inzibati binasının təməlinin qoyulması sentyabrın ortalarında gözlənilir.
"Yüksək Texnologiyalar Parkı"nın təməli nə vaxt qoyulacaq?

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

"Yüksək Texnologiyalar Parkı" MMC-nin (YTP) inzibati binasının təməlinin qoyulması sentyabrın ortalarında gözlənilir. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.

Nazirliyin məlumatına əsasən, tikintiyə başlamaq üçün Parkın infrastrukturunun layihələndirilməsi üzrə hazırlıq işləri həyata keçirilib və sahənin baş planı hazırlanıb.

MMC-dən Trend-ə bildiriblər ki, hazırda potensial investorlarla bir sıra mümkün istiqamətlər müəyyənləşdirilib. İstiqamətlərdən biri YTP-nin infrastrukturunun inkişafına vəsaitin cəlb edilməsi üçün investorların infrastruktur fondunun yaradılmasında iştirakını təmin etməkdir.

Qeyd edək ki, YTP Bakının Pirallahı adasında inşa ediləcək. Bunun üçün 50 hektar torpaq sahəsi ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti