...

İranın elektron xəritəsi Azərbaycanın naviqasiya sisteminə inteqrasiya olunacaq

Telekommunikasiya Materials 12 Avqust 2015 03:34 (UTC +04:00)
İranın elektron xəritəsi “GoMap” (gomap.az) naviqasiya sisteminə daxil edilə bilər.
İranın elektron xəritəsi Azərbaycanın naviqasiya sisteminə inteqrasiya olunacaq

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

İranın elektron xəritəsi "GoMap" (gomap.az) naviqasiya sisteminə daxil edilə bilər. Bu barədə Trend-ə "SINAM" şirkətindən məlumat verilib.

Məlumatda bildirilib ki, İranın elektron xəritəsinin "GoMap" sisteminə inteqrasiya məsələsi hazırda danışıqlar mərhələsindədir: "Türkiyənin elektron xəritəsinin "GoMap" sisteminə daxil edilməsi ilə bağlı Türkiyənin "Infotech" şirkəti ilə prinsipial razılığın əldə olunması da yenilikdir. Türkiyənin naviqasiya xəritəsinin "GoMap" sisteminə tam inteqrasiyası üçün texniki məsələlər həll edilməlidir".

Hazırda "GoMap" Azərbaycan və Gürcüstan ərazisində vahid marşrutun çəkilməsinə imkan verir. "GoMap"-in əhatə dairəsinin genişlənməsi Türkiyəyə səfər edən turistlər üçün bu xidməti faydalı edəcək.

Xəritə genişləndikdən sonra Türkiyənin turist məntəqələrinə səyahət etmək, xüsusilə avtomobil sürücüləri üçün daha rahat olacaq.

Belə ki, avtomobil yollarının xəritəyə daxil edilməsi zamanı bütün yol işarələri və yol hərəkət qaydaları nəzərə alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti