...

Azərbaycanda elektron imza istifadəçilərinin sayı artıb

Telekommunikasiya Materials 10 Avqust 2015 15:07 (UTC +04:00)
Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2015-ci il iyul ayında istifadədə olan elekron imza sertifikatlarının sayı iyun ayı ilə müqayisədə 1,4 faiz artaraq 35098 təşkil edib.
Azərbaycanda elektron imza istifadəçilərinin sayı artıb

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2015-ci il iyul ayında istifadədə olan elekron imza sertifikatlarının sayı iyun ayı ilə müqayisədə 1,4 faiz artaraq 35098 təşkil edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin dərc olunan "Elektron hökumət" bülletenində bildirilir.

Mərkəzin məlumatına əsasən, verilən ümumi elektron imzalardan 21201-i dövlət qurumlarının, 6268-i hüquqi şəxslərə, 7629-u vətəndaşların payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti