...

İnternet-provayder şəbəkəsində yaranan problemlər aradan qaldırılıb (ƏLAVƏ OLUNUB)

Telekommunikasiya Materials 15 Avqust 2015 19:49 (UTC +04:00)
Bu gün səhərdən dövlət internet-provayderi “AztelekomNET”-in şəbəkəsində internetə çıxışla bağlı yaranan problemlər aradan qaldırılıb
İnternet-provayder şəbəkəsində yaranan problemlər aradan qaldırılıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Bu gün səhərdən dövlət internet-provayderi "AztelekomNET"-in şəbəkəsində internetə çıxışla bağlı yaranan problemlər aradan qaldırılıb. Bu barədə Trend-ə "Aztelekom" MMC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, şəbəkədə yaranan fasilələr yeni telekommunikasiya avadanlığının quraşdırılması ilə əlaqədar idi.

Avadanlığın quraşdırılması ilə bağlı işlər "Delta Telecom" şirkətinin mütəxəssisləri tərəfindən aparılırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti