...

Kiyevdə “Communication for Future” mükafatının laureatları açıqlanıb

Telekommunikasiya Materials 9 Sentyabr 2015 11:49 (UTC +04:00)
Kiyevdə keçirilən “World Communication Forum Davos” (“WCF Davos/Kyiv”) beynəlxalq kommunikasiyalar forumu çərçivəsində nüfuzlu beynəlxalq “Communication for Future” (C4F) mükafatının qalibləri müəyyənləşib.
Kiyevdə “Communication for Future” mükafatının laureatları açıqlanıb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Kiyevdə keçirilən "World Communication Forum Davos" ("WCF Davos/Kyiv") beynəlxalq kommunikasiyalar forumu çərçivəsində nüfuzlu beynəlxalq "Communication for Future" (C4F) mükafatının qalibləri müəyyənləşib. Bunlar "Çasopis" kreativ agentliyinin təsisçisi Maksim Yakover ("Idea of the Future" nominasiyası), "Tabletoçki" xeyriyyə layihəsinin müəllifi Olqa Kudinenko ("Relations of the Future" nominasiyası) və "Delo.ua" portalının baş redaktoru Katerina Venjikdir ("Trust of the Future" nominasiyası).

Kommunikasiyalar sahəsində ən qabaqcıl nailiyyətləri qeyd edən "Communication for Future" beynəlxalq mükafatı peşəkar dairələrdə Nobel mükafatının nüfuzuna malikdir. Sözügedən mükafatla bütünlükdə sənayeni inkişaf etdirən və gələcəyin standartlarını müəyyən edən layihələrin müəllifləri təltif edilir.

Ənənəvi olaraq münsiflər qismində yalnız tanınmış, mötəbər ekspertlər çıxış edib və namizədlərin irəli sürülməsi hüququna peşəkarlardan təşkil olunmuş Nominasiya Komitəsi sahib olub. İstisna olaraq unikal "Trust of the Future" nominasiyası ilk dəfə Ukraynada verilib. Bu nominasiyanın özəlliyi ondadır ki, arzu edən hər kəs namizədlərin seçilməsi və qaliblərin müəyyənləşdirilməsində iştirak edə bilər. Məhz buna görə mükafat insanların həqiqətən etibar etdiyi şəxsi müəyyən etməyə imkan verir.

"Bütün nominasiyalarda güclü namizədlər təqdim olunmuşdu və buna görə də qalibin müəyyənləşdirilməsi heç də asan deyildi. Qaliblər bəzən öz həyatını və azadlığını təhlükə altına qoyaraq onlara ehtiyacı olanlara yardım etmək üçün qəhrəmancasına layihələr həyata keçirirlər. Bu bir daha sübut edir ki, müasir dünyada kommunikasiyalar böyük qüvvədir", - deyə C4F mükafatının münsiflər heyətinin sədri Skott Falman bildirib.

"Idea of the Future" nominasiyası üzrə qalib olmuş "Çasopis" kreativ agentliyinin təsisçisi Maksim Yakover Kiyevdə anti-kafenin açılması layihəsi, həmçinin yeni kreativ layihələrin yaradılması üçün bazanın təşkilinə görə mükafata layiq görülüb.

""AGAMA communications" agentliklər qrupu həm şirkət daxilində, həm də müştərilər üçün həllər təklif edərkən və ümumilikdə sahənin inkişafı naminə innovasiyalar üçün dayanıqlı kommunikasiya mühiti yaradır. Qrupumuzun fəlsəfəsi sözügedən nominasiyanın fəlsəfəsinə tamlıqla uyğun olduğundan biz onu dəstəklədik", - deyə nominasiyanın sponsoru olan "AGAMA communications"ın icraçı direktoru İrina Novikova vurğulayıb.

"Tabletoçki" layihəsi uzun müddət ərzində Ukraynada insanların inamını qazanmış ilk xeyriyyə layihəsi olduğundan "Relations of the Future" nominasiyasında qalib olub. Layihəyə qarşı bu cür münasibətin formalaşması şirkətin şəffaf fəaliyyəti və effektiv kommunikasiyaları sayəsində mümkün olub.

"Bizi əhatə edən dünyanı daha da yaxşılaşdırmaq məqsədilə şirkətimiz üçün əhalinin geniş təbəqələri - müştərilərimiz, biznes tərəfdaşlarımız, qeyri-hökumət təşkilatları, yerli icmalar ilə düzgün və şəffaf münasibətlər xüsusi önəm kəsb edir. Buna görə "Relations of the Future" nominasiyasını dəstəkləməyə qərar verdik. Sevindiricidir ki, nominasıyanın qalibi uşaqların həyatını xilas edən "Tabletoçki" layihəsi olub", - deyə nominasiyanın sponsoru qismində çıxış edən Ukraynada "PepsiCo" şirkətinin ictimaiyyətlə və dövlət orqanları ilə əlaqələr üzrə direktoru Sergey Makarenko qeyd edib.

"Trust of the Future" nominasiyasının qəhrəmanı "Delo.ua" portalının baş redaktoru Katerina Venjik olub. Katerinaya səs verənlər onun saf nüfuzunu vurğulayıblar ki, bu da jurnalist üçün xüsusilə önəmlidir. Mükafatı Ukraynanın İnformasiya Siyasəti nazirinin müavini Tatyana Popova təqdim edib.

C4F mükafatı artıq beş ildir ki, Davos Kommunikasiya Forumunda təqdim olunur. Təltif edilmişlər sırasında "Holmes Report" layihəsinin müəllifi Pol Holms, ICCO qurumunun vitse-prezidenti, "M3 Communications Group"un baş direktoru və İdarə Heyətinin sədri Maksim Behar, "Digital & Social Media Leadership boutique cc:catalfamo" şirkətinin rəhbəri Cianni Katalfamo kimi sənayenin peşəkarları qərarlaşıb.

"World Communication Forum Davos" (WCFDavos) - kommunikasiyalar sahəsində effektiv həllərin tapılması üçün qlobal platformadır. Tədbir 2010-cu ildən etibarən Dünya Davos İqtisadi Forumunun keçirildiyi məkanda, adıçəkilən forumun ardınca təşkil olunur. "WCFDavos" hər il dünya üzrə kommunikasiyalar sahəsində fəaliyyət göstərən 3 mindən çox mütəxəssisi toplayır. Forumda 5 qitədən 42 ölkənin təmsilçiləri iştirak edir. Koordinasiya Komitəsinə 20 ölkədən olan 29 ekspert daxildir.

"AGAMA communications" - müştərilərin biznesinin inkişafı üçün kommunikasiyaların effektiv istifadəsi üzrə bazarın lideri olan Ukrayna kommunikasiya qrupudur. "AGAMA communications" qrupunun tərkibinə kommunikasiya sahəsi üzrə aparıcı ekspertizaya malik 14 agentlik daxildir: kreativ xidmətlər ("Publicis Visage", "Provid", "Scholz&Friends Kyiv"), media xidmətlər ("Media Direction | OMD", "Radio Expert"), rəqəmsal xidmətlər (Mediacom, Liquid7, Ebola, NII), marketinq xidmətləri (Talan Communications, Clever Force, Talan Events), PR (Pleon Talan, Grou). Qrupun prioriteti inteqrasiya olunmuş kommunikasiya layihələrinin yüksək effektivlik və biznes nəticələrinin yüksəldilməsi istiqamətində reallaşdırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti