...

Bakcell-dən ikiqat Gündəlik İnternet

Telekommunikasiya Materials 9 Sentyabr 2015 16:06 (UTC +04:00)
Gündə 10 qəpik ödəməklə yüksək sürətli Mobil İnternetdən faydalanın
Bakcell-dən ikiqat Gündəlik İnternet

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti abunəçilərinə yüksək sürətli mobil interneti daha sərfəli şərtlərlə təqdim edir. Artıq CIN abunəçiləri gündə cəmi 10 qəpik ödəməklə Gündəlik İnternet paketini ikiqat həcmdə əldə edə bilərlər.

Sentyabrın 1-dən etibarən aktivləşdirilən kampaniya sayəsində "Bakcell" abunəçiləri asanlıqla 25 MB əvəzinə 50 MB həcmində yüksək sürətli mobil internetdən yararlana bilərlər.

Bakcell-in baş marketinq direktoru Mariya Toyçeva bildirib: "Bakcell şirkəti ölkənin mobil internet bazarında lider mövqeyə sahibdir. 4G xidmətinin istifadəyə verilməsinin ardınca şəbəkəmizdə internetdən istifadə edən abunəçilərin sayında davamlı artım müşahidə edirik. Biz abunəçilərimizə yüksək keyfiyyətli internet üçün çox sərfəli qiymətlər təklif edirik. Bu kampaniya çərçivəsində abunəçilərimiz eyni qiyməti ödəməklə ikiqat artıq internet əldə edəcəklər ki, bu da bazarda ən yaxşı təklifdir".

Gündəlik İnternet paketinin aktivləşdirilməsi çox asandır, bunun üçün sadəcə olaraq telefonda *189*1#Yes kodunu yığmaq yetərlidir. Gündəlik İnternet paketinin aktivləşdirilməsindən sonra abunəçilər ilk 5 gün ərzində internetdən PULSUZ faydalana biləcəklər. Gündəlik İnternet paketinə qoşularkən xidmət haqqı olaraq abunəçinin balansından 0.50 AZN dəyərində birdəfəlik xidmət haqqı çıxılacaq. 5 günlük müddət bitdikdən sonra Gündəlik İnternet paketi hər gün yenilənəcək və abunəçinin balansına gündəlik qaydada 50 MB həcmində internet trafiki yükləniləcək. Hər bir gündəlik yenilənmədən sonra abunəçinin balansından 10 qəpik çıxılacaq.

Kampaniyanın şərtləri haqqında daha ətraflı: http://www.bakcell.com/az/2-times-more-daily-internet

Məqalədə:
Xəbər lenti

Xəbər lenti