...

Azərbaycan peykinin xidmətlərindən kənd təsərrüfatı sahəsində də istifadə olunacaq

Telekommunikasiya Materials 25 Oktyabr 2015 01:29 (UTC +04:00)
Azərbaycan AzerSky peykindən alınan görüntülərdən kənd təsərrüfatı sahəsində istifadə olunacaq. Bu barədə "Azərkosmos" ASC-nin məlumatında deyilir.
Azərbaycan peykinin xidmətlərindən kənd təsərrüfatı sahəsində də istifadə olunacaq

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir Hüsey Vəliyev/

Azərbaycan AzerSky peykindən alınan görüntülərdən kənd təsərrüfatı sahəsində də istifadə olunacaq. Bu barədə "Azərkosmos" ASC-nin məlumatında deyilir.

"Azərkosmos" ASC və Azərbaycanın Dövlət Aerogeodeziya Müəssisəsi arasında əldə olunmuş razılaşmaya əsasən, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən realizə olunan "Torpaq sahələrinin identifikasiya sistemi" layihəsi çərçivəsində əməkdaşlıq aparılacaq.

Peykdən alınan görüntülər orofotoplanların qurulması üçün istifadə olunacaq. Yer səthinin görüntüləri çəkilişləri ilin sonuna kimi aparılacaq.

Görüntülər AzerSky, eləcə də Fransanın Airbus Defence and Space şirkətinin Pleiades peykindən əldə olunacaq. Pleiades peykindən əldə olunan görüntülərin ölçüsü 0,5 metr, Azersky peykindən əldə olunan görüntülərin ölçüsü 1,5 metr təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti