...

AMB: İnternet kəsilsə də, banklar arasında hesablaşmaların fasiləsizliyi təmin edilib

Telekommunikasiya Materials 17 Noyabr 2015 15:31 (UTC +04:00)
İnternet şəbəkəsində problemin yaranmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən banklar arasında hesablaşmaların fasiləsizliyi və davamlılığı təmin edilib.
AMB: İnternet kəsilsə də, banklar arasında hesablaşmaların fasiləsizliyi təmin edilib

Bakı. Trend:

İnternet şəbəkəsində problemin yaranmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən banklar arasında hesablaşmaların fasiləsizliyi və davamlılığı təmin edilib. Bu barədə Trend-ə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Mərkəzi Bankdan bildirilib ki, ölkədə qabaqcıl texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik Milli Ödəniş Sistemi infrastrukturu qurulub. Ödəniş sistemlərinin sabit, etibarlı və təhlükəsiz fəaliyyətinin təşkil edilməsi istiqamətində aparılan islahatlar nəticəsində beynəlxalq infrastrukturlardan asılılıq minimuma endirilib, yəni AMB tərəfindən vaxtında alternativ ödəniş infrastrukturu olaraq banklararası hesablaşmaların beynəlxalq infrastrukturlarla yanaşı, yaradılmış lokal telekommunikasiya şəbəkəsi üzərindən də fəaliyyət göstərməsi təmin edilib.

Bunun nəticəsidir ki, internet şəbəkəsində problemin yaranmasına və bankların SWIFT platformasına çıxış imkanının məhdudlaşmasına baxmayaraq, lokal telekommunikasiya şəbəkəsi üzərində fəaliyyət göstərən Milli Ödəniş Sistemi, o cümlədən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi və Xırda Ödənişlər üzrə Hesablaşma və Klirinq Sistemi sabit və davamlı fəaliyyətini davam etdirib, banklar arasında milli valyutada aparılan hesablaşmaların fasiləsiz və təhlükəsiz formada həyata keçirilməsi tam təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti