...

Bakcell Ordubadda yeni Satış və Xidmət Mərkəzi açıb

Telekommunikasiya Materials 19 Noyabr 2015 15:05 (UTC +04:00)
Bakcell Ordubadda yeni Satış və Xidmət Mərkəzi açıb.
Bakcell Ordubadda yeni Satış və Xidmət Mərkəzi açıb

Bakı. Trend:

Bakcell Ordubadda yeni Satış və Xidmət Mərkəzi açıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək məqsədilə regionlarda satış və xidmət mərkəzlərinin şəbəkəsini genişləndirməyə davam edir.

Şirkət Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yeni konsept və dizaynda olan Satış və Xidmət Mərkəzinin açılışını edib. Ordubad şəhəri, Heydər Əliyev küçəsi 35 ünvanında yerləşən yeni məntəqədə abunəçilərə müxtəlif çeşiddə xidmətlər təqdim olunur.
"İndi Ordubad sakinləri Bakcell şirkətinin təqdim etdiyi məhsul və xidmətlərdən daha asanlıqla faydalana biləcəklər. Azərbaycanda ən geniş əhatə dairəsi olan və ən etibarlı şəbəkəyə malik Bakcell şirkəti öz xidmətlərinin abunəçilərə daha əlçatan olması üçün satış və xidmət mərkəzlərinin şəbəkəsini genişləndirməyə davam edəcək", - deyə Bakcell şirkətinin pərakəndə satış və distribyusiya departamentinin rəhbəri Paşa Paşayev bildirib.

Bakcell şirkəti 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində öz abunəçilərinə ən üstün müştəri xidməti göstərir. Bakcell Müştəri Xidmətləri Mərkəzləri haqqında məlumat almaq üçün bu linkə daxil olun: http://www.bakcell.com/az/contact-us/customer-care-offices
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell"in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti