...

Rəbitə Nazirliyi Azərbaycanda internetin yenidən kütləvi şəkildə kəsilməsinə yol verməyəcək

Telekommunikasiya Materials 20 Noyabr 2015 22:47 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə internetin təkrar kütləvi şəkildə kəsilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək.
Rəbitə Nazirliyi Azərbaycanda internetin yenidən kütləvi şəkildə kəsilməsinə yol verməyəcək

Bakı. Maksim Tsurkov - Trend:

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə internetin təkrar kütləvi şəkildə kəsilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək.

Trend-in məlumatına görə, rabitə və yüksək texnologiyalar nazirinin vəzifəsini icra edən İltimas Məmmədov jurnalistlərə bildirib.

Qeyd edək ki, noyabrın 16-da Azərbaycan ərazisi üzrə internet kəsilmişdi. İnternetin kəsilmi DATA-mərkəzə qoşulan kabellərin birində yanğının baş verməsi idi.

Məmmədovun sözlərinə görə, problem həll olunub, internet işləyir, hər şey öz yerindərir.

"Alternativ internet kanalları var idi və normal fəaliyyət göstərirdi. Hal-hazırda nazirlik bunun yenidən baş verməməsi üçün hər sey edir .Avadanlığın küçürülməsi və optik kabellər birləşdirilmə prosesi bu gecə tam başa çatacaq. Hər şey yüksək səviyyədə olacaq", - Məmmədov bildirib.

Bundan öncə Delta Telecom şirkətindən verilən məlumata görə, baş vermiş yanğından sonra DATA-mərkəzinin ehtiyyat sistemini istifadə etmək enerji təchizatı problemləri ilə bağlı mümkün deyildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti