...

MilliÖN "Call-mərkəzi"nin işində yaranmış problemin səbəbini açıqlayıb

Telekommunikasiya Materials 23 Noyabr 2015 13:10 (UTC +04:00)
"Komtec" şirkəti (MilliÖN ödəniş terminallarının quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəzi) "Call-mərkəzi"n işini bərpa edib.
MilliÖN "Call-mərkəzi"nin işində yaranmış problemin səbəbini açıqlayıb

Bakı. Hüseyn Vəliyev - Trend:

"Komtec" şirkəti (MilliÖN ödəniş terminallarının quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəzi) "Call-mərkəzi"n işini bərpa edib. Bunu Trend-ə şirkətdən deyiblər.

*0010 dəstək xidmətinin işində problemin yaranmasına səbəb noyabrın 16-da "Delta Telecom" şirkətinin DATA-mərkəzinə qoşulan xidmətlərin birində baş vermiş yanğın olub.

Şikət texniki dəstək xidmətinin fasiləsiz işini təmin etmək üçün müvəqqəti olaraq (055) 505-08-98 və 505-08-06 telefon nömrələrindən istifadə edib.

Şirkət gələcəkdə bənzər hadisələrlə üzləşməmək üçün hazırda alternativ rabitə qoşulma imkanını nəzərdən keçirir. Alternativ provayder qismində "Azertelekom" şirkəti çıxış edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti