...

Nar Home-dan Naxçıvanda rəqəmsal TV istifadəçiləri üçün kampaniya

Telekommunikasiya Materials 23 Noyabr 2015 15:14 (UTC +04:00)
10 aylıq ödəniş etmiş abunəçilər 2 ay hədiyyə və ya pulsuz “Nar Home” cihazı əldə edirlər.
Nar Home-dan Naxçıvanda rəqəmsal TV istifadəçiləri üçün kampaniya

Bakı. Trend:

"Nar Home" DVB-T2 texnologiyası (Digital Video Broadcasting - 2-ci nəsil rəqəmsal TV yayımı) əsasında təqdim olunan rəqəmsal TV xidmətidir və Avropa rəqəmsal efir televiziyasının standartı olaraq artıq uğurla 150-dən çox ölkədə fəaliyyət göstərir.

Paket yerli və regional kanallar daxil olmaqla, türk, rus və ingilis dillərində 67 TV kanaldan ibarətdir.

"Nar Home" tərəfindən Naxçıvan şəhərində elan edilən kampaniya çərçivəsində 5 aylıq ödəniş etmiş istifadəçilərə 6-cı ay, 10 aylıq ödəniş etmiş müştərilərə isə 11 və 12-ci aylar hədiyyə edilir. Bundan başqa, 10 aylıq ödəniş etmiş abunəçilər öz arzuları əsasında 2 ay əlavə pulsuz istifadə əvəzinə "Nar Home" cihazını da hədiyyə olaraq əldə edə bilərlər.

Bütün "Nar Home" kanalları 1 dekabr 2015-ci il tarixinədək pulsuz yayımlanacaq (bundan sonra, yalnız 12 yerli kanal pulsuz yayımlanacaq). Bu tarixdən etibarən, yalnız Naxçıvan şəhərində yerləşən və aşağıda sadalanan rəsmi satış məntəqələrindən alınmış cihazlarla ödənişli kanallar izləmək mümkün olacaq:

• Satış və xidmət mərkəzi: Təbriz küç., 1 ("Tədris" ticarət mərkəzi ilə üzbəüz)

• Satış məntəqəsi: Nizami küç., 14

• Satış məntəqəsi: Atatürk pr., 16

Satış və xidmət mərkəzi 24/7 formatında fəaliyyət göstərir. "Nar Home" barədə istənilən sualla bağlı (qiymət, quraşdırılma və s.) 744 qısa nömrəsi ("Nar" abunəçiləri üçün) və ya 036/055 00 744 nömrələri ilə (şəhər telefonundan və ya digər mobil operatorlardan) əlaqə saxlamaq olar.

1 dekabr 2015-ci il tarixdən, "Nar Home" yalnız yeni cihaz vasitəsilə işləyəcəkdir. Abunəçilər aldıqları cihazın yeni təqdim olunmuş xidmət texnologiyasına uyğunluğunu yoxlamaq və "Nar Home" ilə əlaqədar əlavə məlumat öyrənmək üçün "Nar" rəsmi internet səhifəsinə müraciət edə bilərlər: www.nar.az/narhome

Məqalədə:
Xəbər lenti

Xəbər lenti