...

"Bakcell" 200-dən artıq nöqtədə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir

Telekommunikasiya Materials 26 Noyabr 2015 18:27 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Bakı şəhərinin və Abşeron yarımadasının 200-dən artıq nöqtəsində öz abunəçilərinə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir.
"Bakcell" 200-dən artıq nöqtədə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir

Bakı. Trend:

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Bakı şəhərinin və Abşeron yarımadasının 200-dən artıq nöqtəsində öz abunəçilərinə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir.

İstifadəyə verildiyi vaxtdan indiyə kimi şirkətin təqdim etdiyi yüksək keyfiyyətli Wi-Fi internet xidmətindən 50 000-dən artıq "Bakcell" abunəçisi və eləcə də "Bakcell" şəbəkəsini seçərək rouminq xidmətindən istifadə edən xarici qonaqlar yararlanıb.

2014-cü ildən başlayaraq "Bakcell" bütün abunəçiləri və rouminqdə olan xarici qonaqlar üçün Bakı şəhərinin və Abşeron yarımadasının bir çox yerlərində Wi-Fi şəbəkəsini genişləndirməkdədir. Hazırda abunəçilərimiz Milli Park, H.Əliyev adına Beynəlxalq Hava Limanı, Tibb Universiteti, Qubernator bağı, Elmlər Akademiyası parkı, Fəvvarələr meydanı, Sahil Parkı, Hüseyn Cavid parkı, Rixard Zorge parkı, Malakan bağı, Qış bağı və bir çox digər mədəni-tarixi və istirahət yerlərində quraşdırılmış nöqtələrdə "Bakcell" şirkətinin yüksəksürətli pulsuz Wi-Fi şəbəkəsindən istifadə edirlər. Pulsuz Wi-Fi xidməti keçən ilin yayından 189 taksi sifarişi xidmətinin nəqliyyat vasitələrində, 10 avtobus dayanacağında və 77 saylı Bakı avtobus marşrut xəttində də mövcuddur.

Bakcell-in baş icraçı direktoru Riçard Şirer bildirib: "Yüksək keyfiyyətli 3G və 4G LTE xidmətləri ilə Bakcell şirkəti Azərbaycanda ən geniş və ən keyfiyyətli mobil rabitə şəbəkəsini təmin edir. Məqsədimiz odur ki, "Bakcell"in mobil internet xidmətindən hər yerdə istifadə etmək mümkün olsun. Wi-Fi xidmətinin göstərilməsinə biz təxminən 2 il əvvəl başlamışıq, hazırda Bakcell Azərbaycanda ən geniş Wi-Fi şəbəkəsini təmin edir. Bu gün mobil internet artıq sabit internet əlaqəsini üstələyir və bu tendensiya davam etməkdədir. Bakcell ən son texnologiyalardan istifadə edərək Bakıda və Abşeron yarımadasında bu günə ən yaxşı, ən sürətli və ən geniş Wi-Fi şəbəkəsi qura bilib".

Bu gün bazarda təklif olunan smartfon, planşet, noutbuk və digər mobil cihazların böyük əksəriyyəti Wi-Fi texnologiyasını dəstəkləyir və bu, sözügedən texnologiyanı gündəlik həyatımızda internetə çıxış üçün istifadə etdiyimiz əsas alətlərdən birinə çevirir. Wi-Fi bütün dünyada getdikcə hər yerdə mövcud olan və daha əlçatan bir vasitədir. Ev təhlükəsizlik sistemləri, əyləncə sistemi, "ağıllı" televizorlar, müşahidə və nəzarət sistemləri, daşına bilən cihazlar kimi bütün növ cihazların Əşyaların İnternetinə qoşulduğu yeni bir dövrə qədəm qoyduqca, texnologiyaların inkişafını təqib etmək üçün simsiz rabitənin əhəmiyyəti daha da artır.

Bakcell şirkətinin məqsədi öz abunəçilərinə qabaqcıl texnologiyalardan bəhrələnmək imkanı yaratmaqdır. Şirkətin pulsuz Wi-Fi şəbəkəsi abunəçilərimizə heç bir xərc çəkmədən internet resurlslarından onlayn rejimdə faydalanmaq imkanı verir. İstifadəçilərin rahatlığı üçün təhlükəsiz girişə nəzarət sistemi şifrənin gün ərzində təkrar istifadə olunmasını təmin edir.

Şəbəkə Azərbaycanda daha çox mədəni, tarixi, təhsil, əyləncə və digər yerləri əhatə edərək genişlənməkdə davam edir.

"Bakcell" 3G və 4G şəbəkələrinin əhatə dairəsini genişləndirərək və Wi-Fi zonalarının sayını daha da artıraraq, abunəçilərini ən mükəmməl şəbəkə təcrübəsi ilə təmin etmək üçün öz şəbəkəsinə sərmayə yatırmaqda davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti