...

Bakcell şirkəti ƏlfəCIN layihəsinin uğur göstəricilərini paylaşır

Telekommunikasiya Materials 26 Yanvar 2016 09:47 (UTC +04:00)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin öncül gənclər təşkilatlarından olan Xəzər İntellektual Gənclər Klubu ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi ƏlfəCIN adlanan intellektual layihəsinin ilk ilinə yekun vurub.
Bakcell şirkəti ƏlfəCIN layihəsinin uğur göstəricilərini paylaşır

Bakı. Trend:

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin öncül gənclər təşkilatlarından olan Xəzər İntellektual Gənclər Klubu ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi ƏlfəCIN adlanan intellektual layihəsinin ilk ilinə yekun vurub.

Şirkətdən Trend-ə verilən məlumata görə, ƏlfəCIN layihəsinin əsas məqsədi intellektual oyunlar hərəkatını genişləndirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onların intellektual potensialını üzə çıxarmaq, təhsildə yeni uğurlarına yol açmaq, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrasına ictimai və biznes sektorunun töhfəsini təmin etmək idi.

ƏlfəCIN layihəsi çərçivəsində son bir il ərzində Bakcell və Xəzər İntellektual Gənclər Klubu yeniyetmə və gənclər üçün intellektual oyunlar üzrə bir çox turnirlər təşkil ediblər. Onlar arasında hər il ənənəvi olaraq təşkil olunan Ağıl Oyunları Festivalı, Azərbaycan Kuboku, Azərbaycan Superkuboku, İntellekt Marafonu Festivalı və digər yarışları qeyd etmək olar.

Bu layihədən Azərbaycanın 18 regionu daxil olmaqla ümumilikdə 12.000-ə yaxın yeniyetmə və gənc faydalanıb. Layihə çərçivəsində intellektual oyunlar üzrə 15-dən çox turnir təşkil olunub. ƏlfəCIN layihəsi biznes, dövlət və ictimai sektorun birgə səyləri nəticəsində geniş kütləyə çatdırılıb və gənclərin maarifləndirilməsində önəmli sosial hadisəyə çevrilib.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell"in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

***
Xəzər İntellektual Gənclər Klubu

Azərbaycan intellektual oyunlar hərəkatının ilk anadilli intellektual klubu olan Xəzər İntellektual Gənclər Klubu barədə məlumat üçün link: http://az.wikipedia.org/wiki/Xəzər_İntellektual_Gənclər_Klubu#Qeyri-h.C3.B6kum.C9.99t_v.C9.99_kommersiya_t.C9.99.C5.9Fkilatlar.C4.B1

Məqalədə:
Xəbər lenti

Xəbər lenti