...

Azərbaycanın mobil operatoru uşaqları internetin mənfi təsirindən qoruyacaq

Telekommunikasiya Materials 7 Fevral 2016 19:59 (UTC +04:00)
"Azercell" MMC uşaqları internetdə arzuedilməz kontentdən qoruyacaq.
Azərbaycanın mobil operatoru uşaqları internetin mənfi təsirindən qoruyacaq

Bakı. Hüseyn Vəliyev - Trend:

"Azercell" MMC uşaqları internetdə arzuedilməz kontentdən qoruyacaq. Bunu Trend-ə şirkətdən deyiblər.

Söhbət xüsusi tarif planınının işə salınmasından gedir. Tarif planı arzuedilməz rəqəmsal kontentə (böyüklər üçün informasiya məzmunlu, qumar oyunlarından və zorakılığı təbliğ edən ədəbsiz leksikadan ibarət veb-saytlar) girişi məhdudlaşdıraraq uşağı istənilməyən saytlardan qorumağa imkan verəcək.

Şirkətdən qeyd ediblər ki, "Azercell"in kontent provayderlə bağladığı müqavilədə böyüklər üçün nəzərdə tutulmuş mövzulardan ibarət kontentə girişin uşaqlar üçün məhdudlaşdırılması dəqiq göstərilir: "Ayrıca tarif planına gəlincə, bu məsələni nəzərdən keçiririk və abonentlərin istəklərini ətraflı öyrənirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti