...

KATV1 startap müsabiqəsinə start verdi

Telekommunikasiya Materials 10 Fevral 2016 10:59 (UTC +04:00)
KATV1 startap müsabiqəsinə start verdi.
KATV1 startap müsabiqəsinə start verdi

Bakı. Trend:

KATV1 startap müsabiqəsinə start verdi.

Şirkətdən Trend-ə verilən məlumata görə, aparıcı telekommunikasiya operatorlarından biri olan KATV1 biznes-layihələr müsabiqəsinə start verdi. Mesabiqə çərçivəsində ən yaxşı ideyaların gerçəkləşməsi üçün imkan yaradılacaq. KATV1-dən verilən məlumata əsasən müsabiqənin əsas fərqi layihələrin məhz ideya mərhələsində qəbul edilməsindən ibarətdir ki, ən yaxşı ideyalar da KATV1-in dəstəyilə reallaşdırıla bilər.

Müsabiqənin sonunda üç ən yaxşı layihənin komandaları KATV1-ə dəvət edilib layihələrinin reallaşdırılması üçün hərtərəfli dəstəklə təmin olunacaqlar. Razılaşma çərçivəsində KATV1 şirkətin dəstəyilə həyata keçiriləcək biznes-layihədə pay sahibi olacaq.

Təqdim olunacaq layihələr aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək:

Layihənin uğurla reallaşdırılması üçün komanda;
Azərbaycan bazarı üçün əsaslandırılmış biznes-model;
Növbəti mərhələlər üçün inkişaf potensialına malik xidmətin və ya məhsulun aydın təsviri;
İdeyanın biznes üçün yararlığı: gəlir əldə etmə imkanı;
Cəmiyyət üçün sosial dəyər.

Layihələrin müsabiqəyə qəbulu 15 mart 2016-cı il tarixinədək davam edəcək. Seçilmiş layihələrin komissiyaya təqdimatı 25-30 mart tarixlərində keçiriləcək. Təqdimatdan sonra qaliblər seçilərək elan ediləcək.

Müsabiqədə iştirak etmək üçün layihələri (təqdimat və ya layihənin təsviri) [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd etmək lazımdır ki, KATV1 yeni biznes-məhsulların dəstəklənməsi və yaradılması istiqamətində apardığı işlərinə görə ən fəal şirkətlərdəndir. Hazırda KATV1-in dəstəyilə Myvideo.az, 119 çağırış-mərkəzi, AGFM radiokanalı, TMB beynəlxalq musiqi telekanalı və s. bu kimi layihələr uğurla fəaliyyət göstərir. 2016-2017-ci illərdə nəinki Azərbaycan, həm də region bazarlarına istiqamətlənən bir neçə biznes-layihənin reallaşdırılması da planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti