...

Nar-dan yeni kampaniya: "Smartfonun qiyməti AZ, bonusu AZN"

Telekommunikasiya Materials 11 Fevral 2016 17:41 (UTC +04:00)
“Nar” yeni “Smartfonun qiyməti AZ, bonusu AZN” kampaniyasına başladı.
Nar-dan yeni kampaniya: "Smartfonun qiyməti AZ, bonusu AZN"

Bakı. Trend:

"Nar" və "World Telecom" (WT) mağazalar şəbəkəsi yeni kampaniyaya başladı.

Mart ayının sonuna kimi WT mağazalarından Huawei Ascend G526 və ya Ascend Y220 smartfonunu alan hər kəsə "Nar"dan pulsuz nömrə və 6 ay ərzində hər ay bonus olaraq balans və İnternet paketi təqdim olunur.

Kampaniya çərçivəsində "World Telecom" dükanlarında Huawei Ascend G526 və ya Ascend Y220 smartfonunu ilkin ödənişsiz, nağd qiymətə və 12 ay ərzində hissə-hissə ödəmək şərtilə almaq mümkündür.

Sərfəli şərtlərlə yeni smartfon almaq istəyənlər kampaniya barəsindəki ətraflı məlumatı nar.az səhifəsindən əldə edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti