...

KATV1 texniki mütəxəssisləri işə cəlb etdiyini və təcrübə proqramına başladığını elan etdi

Telekommunikasiya Materials 12 Fevral 2016 12:46 (UTC +04:00)
Cənubi Qafqazın aparıcı telekommunikasiya operatorlarından biri olan KATV1 şirkəti təcrübəli texniki mütəxəssisləri işə cəlb etdiyini və texniki ixtisası olan tələbələr üçün nəzərdə tutulan təcrübə proqramına başladığını bəyan etdi.
KATV1 texniki mütəxəssisləri işə cəlb etdiyini və təcrübə proqramına başladığını elan etdi

Bakı. Trend:

Cənubi Qafqazın aparıcı telekommunikasiya operatorlarından biri olan KATV1 şirkəti təcrübəli texniki mütəxəssisləri işə cəlb etdiyini və texniki ixtisası olan tələbələr üçün nəzərdə tutulan təcrübə proqramına başladığını bəyan etdi. Şirkətdən Trend-ə verilən məlumata görə, KATV1-dən verilən məlumata əsasən, mütəxəssislərin cəlb olunması şirkətin göstərdiyi xidmətlərin genişləndirilməsi və yeni kadr siyasətinin həyata keçirilməsi ilə əlaqədardır.

Proqram çərçivəsində müsabiqə əsasında istedadlı tələbələr seçilərək şirkətdə təcrübə keçmək və daha sonra KATV1 və ya onun törəmə şirkətlərindən birində işlə təmin olunmaq imkanını əldə edəcəklər.

KATV1 həmçinin internet-xidmətləri sahəsində geniş təcrübəsi olan yüksəkixtisaslı mütəxəssislərin xidmətlərində də maraqlıdır:

İnternet-provayder xidmətlərinin satış meneceri;
Korporativ bölmənin satış menecer;
Müştərilərlə iş üzrə menecer;
PR menecer;
SEO-optimizator;
SMM menecer;
Kontent menecer;
Saytın administratoru;
İnternet quraşdırıcı;
İnternet-provayder müfəttişi (podratçının abunəçilər üçün gördüyü işin keyfiyyətinə nəzarət);
Kabel internetinin qoşulması üzrə usta (abunəçilərin İnternet şəbəkəsinə qoşulması, qoşulmanın sazlanması, ilkin konsultasiya);
Lokal şəbəkə montajçısı;
İnternet istifadəçilərinə dəstək xidmətinin operatoru (texniki mütəxəssis);
Dispeçerlər və çağırış mərkəzinin operatorları;
Proqramçılar (dəstəkləmə, proqram məhsullarına nəzarət (hesabatların hazırlanması, işlənməsi), verilənlər bazasının administratoru).

İş axtaranlar öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
KATV1-in kadr siyasəti iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafı dövründə Azərbaycanın kadr potensialının gücləndirilməsi çərçivəsində istedadlı tələbələrin və gənc mütəxəssislərin karyeları üçün əlverişli imkanların yaradılmasına istiqamtlənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti